b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_oyuqqa.jpg

Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin barəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb.

Missiya.az xəbər verir ki, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahim Həsənovun icraatına verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması ilə bağlı aparılan araşdırmalar zamanı Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.

Toplanan materiallar üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.


apa


27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”
26 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır” - FOTO
25 Oktyabr 2020 Otuz illik həsrətimiz sona çatır
24 Oktyabr 2020 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
24 Oktyabr 2020 Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi
23 Oktyabr 2020 Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ
23 Oktyabr 2020 Təslim olan erməni hərbçi: “Başa düşdüm ki, döyüşməyə gəlməmişəm, qaçmalıyam”- VİDEO
22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı