b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eseqq2.jpg

Kəlbəcər rayonundan məcburi köçkün ailəsinin 6 yaşlı üzvü Cavidin üzərində ağır cərrahiyyə əməlliyyatı həyata keçirilib. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən balaca Cavidin hər iki böyrəyi üzərində cərrahi əməliyyat aparılıb.

Kəlbəcər rayonundan seçilmiş deputat Aqil Məmmədov hazırda xəstəxanada müalicəsi davam etdirilən Cavidi  ziyarət edib. Əməliyyat günü də Cavidə baş çəkən millət vəkili hazırda onun səhhətinin yaxşı olduğunu qeyd edib: “İnşallah, Cavid tezliklə tam sağlamlığına qovuşaq. Gələn il Cavid birinci sinifə gedəcək. Biz də həmin vaxt gəlib Cavidi təbrik edəcəyik, onunla məktəbə birlikdə gedəcəyik”.

Valideynləri Cavidə göstərdiyi diqqətə görə millət vəkili A.Məmmədova minnətdarlıqlarını bildiriblər.

Cavidin patologiyası haqqında Turkustan.info-ya bilgi verən cərrah Qardaşxan Mamedov bildirib ki, bir neçə orqanında anadangəlmə problemi olan uşağı bir çox yerlərdə müalicəyə aparılsa da, qəbul edilməyib: “Biz uşaq üzərində 6 saat əməliyyat apardıq. Demək olar ki, əvvəlki problemlərini aradan qaldırdıq. İndi özünü yaxşı hiss edir və daimi nəzarətimizdədir”.

Qeyd edək ki, Türkiyədə təhsil almış uroloq-androloq Qardaşxan Mamedov “Stimul Hospital”ın direktorudur. Balaca Cavidin sağlam həyata qovuşmasında əsl vətəndaşlıq fədakarlığı və həkimlik vicdanı ilə yanaşan Qardaşxan həkimə Cavidin ailəsi təşəkkürlərini çatdırır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eseqq1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eseqq2.jpg


29 Sentyabr 2020 MN: “Ermənilər itirdikləri mövqeləri geri qaytarmaq cəhdlərin qarşısı alınıb”
28 Sentyabr 2020 Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verildi
28 Sentyabr 2020 Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
26 Sentyabr 2020 XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
25 Sentyabr 2020 "Bizdən Azərbaycana kimsə getməyib" - Suriya mücahidləri danışdılar
24 Sentyabr 2020 Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
23 Sentyabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
23 Sentyabr 2020 Məktəb direktoru karantin qaydasını pozaraq özünə ad günü keçirib - VİDEO
22 Sentyabr 2020 DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı
19 Sentyabr 2020 Baş redaktor: “Gənclərimiz aktiv olmalıdır”
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
18 Sentyabr 2020 Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb
17 Sentyabr 2020 Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqladı
15 Sentyabr 2020 Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə HHQ aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib
15 Sentyabr 2020 Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib
14 Sentyabr 2020 Təşkilat sədri Namiq Muradov: “İnformasiya müharibəsi günümüzün ən güclü silahlarından biridir"
14 Sentyabr 2020 “Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov
11 Sentyabr 2020 Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq - FOTO
09 Sentyabr 2020 Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı informasiya müharibəsində mövzusunda konfrans keçirdi