b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_417c181a-62b4-30b3-8520-57ebb9b0196c.jpg

Bu gündən başlayaraq COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 20-si saat 06:00-dək uzadılıb.

Missiya.Az xəbər verir ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

 - nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

-açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

- yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.



07 Avqust 2020 “Gəmiyə Kəlbəcər adının verilməsi mühüm hadisədir” – Kəlbəcərli deputat
06 Avqust 2020 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
04 Avqust 2020 Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04 Avqust 2020 Ziyarətgaha gedənlər cərimələndi
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı – SON DƏQİQƏ
03 Avqust 2020 Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
30 İyul 2020 Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
29 İyul 2020 Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib
29 İyul 2020 Jurnalist kitabının çapı üçün kömək istədi - Müraciət
29 İyul 2020 Hərbçimiz bəd­bəxt hadisə nəticəsində vəfat etdi
29 İyul 2020 İlham Əliyev İsmayıllıda - FOTO
28 İyul 2020 Baş Nazir Əli Əsədovdan yeni QƏRAR
28 İyul 2020 Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
27 İyul 2020 "Dinamik inkişafı təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir" – QHT SƏDRİ
26 İyul 2020 Cəbhədə vəziyyət necədir? - RƏSMİ
25 İyul 2020 Bu tarixlərdə ictimai nəqliyyat işməyəcək - RƏSMİ
24 İyul 2020 Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
24 İyul 2020 Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır
24 İyul 2020 Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı
24 İyul 2020 Günümüzün qəhrəmanları - Biz birlikdə güclüyük! - Esmira İsmayılova yazır