b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ilkingggt.jpg

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun işdən uzaqlaşdırılması və şərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin məsələyə heç bir aidiyyəti yoxdur:

“Həmin şəxs düz danışmır. O, bəlkə də, polis işlədiyi üçün əmisi oğlunun bu cür ağır cinayətdə şübhəli bilinərək saxlanmasından utanıb, xəcalətindən bu addımı atır və məsələni başqa tərəfə yönəldir. Guya o inciyir ki, daxili işlər orqanının əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmur.

Amma həmin şəxs unudur ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin, hansı mövqedə olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Qanun hamı üçün eynidir. Burada da heç kimə güzəşt olunmur. Şəxs ağır cinayətdə şübhəli bilinib və saxlanılıbsa, qanunun tələblərinə uyğun istintaq, əməliyyat tədbirləri həyata keçirilir”.

“M.Süleymanovun daxili işlər orqanında istefa ərizəsi olmur, raport yazılır. O da raport yazıb işdən getmək istəyirsə, baxılar və müvafiq qərar qəbul edilər”, - deyə E. Zahidov qeyd edib.

Qeyd edək ki,Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov “Kanal 13”ə müsahibəsində bildirib ki, “polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxması üçün ərizə yazıb.



21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
12 May 2020 DİN-dən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
08 May 2020 Metro bu tarixdə fəaliyyət başlayır - RƏSMİ
08 May 2020 “Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı - FOTO
07 May 2020 DTX İmişlinin icra başçısının həbsi ilə bağlı məlumat yayıb
05 May 2020 Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu