b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1577339663_hekim.jpg
Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.
 
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Missiya.Az-a bildirilib. 
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin "qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə” tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.
 
Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.
 
Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb.
 
Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.
 
Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib.
Buna görə də Mətanət Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
 
Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Kərimov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb.
 
Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib. Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub.
 
"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm.
 
Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.
 
Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.
 
Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb", - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.


26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
12 May 2020 DİN-dən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
08 May 2020 Metro bu tarixdə fəaliyyət başlayır - RƏSMİ
08 May 2020 “Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı - FOTO