b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_qoqar.jpg

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.

Missiya.Az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər şəxslər iştirak edib.

Qoşqar Təhməzli bildirib ki, proqram üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur:

“Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.

AQTA sədri qeyd edib ki, bu günlərdə bir sıra dələduzların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adından qida obyektlərində qanundan kənar tələblər irəli sürməsi faktları aşkar olunub. Hazırda Baş prokurorluq məsələ ilə məşğuldur və lazımı hüquqi qiymət veriləcək.

Onun sözlərinə görə, agentliyin nəzarət sistemi digərlərindən fərqlənir:

“Əhaliyə və sahibkarlıq subyektlərinə bildirmək istəyirəm ki, bu məsələdə ictimai nəzarət çox vacibdir. Bizim qurumda hər hansı əraziyə nəzarət etmək, kütləvi nəzarət sistemi, qida obyektlərinin yoxlanılması prinsipi tamamilə fərqli formadadır. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, xüsusi sənədlərdə öz təsdiqini tapan, eyni zamanda, konkret faktlar aşkar olduğu halda nəzarət və tənzimləmə sistemi həyata keçirilir”.

“AQTA fəaliyyəti mərhələli şəkildə qida təhlükəsizliyi sistemi üzrə qurulub. Sahibkarların fəaliyyətinə maneəçilik törətmək, kütləvi şəkildə yoxlamalar aparmaq prinsipləri beynəlxalq standartlara uyğun prinsiplər deyil. Biz həmin standartlara əsaslandığımız üçün bu proqramla  işləyirik. Eyni zamanda, kompleks şəkildə işləməliyik ki, həmin dələduzlar vaxtında aşkarlansın”, - deyə sədr qeyd edib.



21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
12 May 2020 DİN-dən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
08 May 2020 Metro bu tarixdə fəaliyyət başlayır - RƏSMİ
08 May 2020 “Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı - FOTO
07 May 2020 DTX İmişlinin icra başçısının həbsi ilə bağlı məlumat yayıb
05 May 2020 Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu