b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_FBFGGFDDFDDFD.jpg

Otuz yaşlı da xəyal olar? Özü də elə xəyal ki, qoysaydılar bir ay içində reallaşa bilərmiş. Əvvəlcə dünyada, sonra da öz içimizdə olan düşmənlərdən çəkirmiş başımız. Ancaq bir aydır, itkilərə, faciələrə, ölümlərə rəğmən, hər kəs xoşbəxtdir. Bir aydır xəyallarımız gerçək olur çünki. Bir aydır, dünyanı ayağımıza gətirə bilmişik. Bir aydır bütün dünya bizdən danışır. Otuz illik hayqırtımızı eşitdirmişik dünyaya. Demişik ki, bizi erməni ilə Qarabağda baş-başa qoyun. Bir aylıq baş-başalıqda, dörd rayon, yüzdən çox kənd, qəsəbəmizi geri qaytarmışıq.
 
Bir ay ərzində təqaüdçü təqaüdündən, qoca kəfənpulundan, müəllim işindən, fermer malından, təsərrüfatçı təsərrüfatından olmağa hazırdır. Hamı kisəsində olandan pay verir dövlətinə, ordusuna, əsgərinə. Yollara tökülüb xalq, dövlətini qoruyur, əsgərinin qulluğunu tutur. Bu günlərdə dövlət, vətən, əsgər, ordu, zabit, Qarabağ, şəhid, bir də komandan sözləri qədər çox yazılan, çox oxunan söz olmadı məmləkətdə. Əslindən bir aylıq savaş nə verdi Azərbaycana və xalqa? Biz nəyə möhtac idik? İndi nə yaşayırıq? Yolumuz, yönümüz haradır? Kimi suallar da var ortada. Amma elə bu qısa giriş də göstərir ki, biz birliyə, qələbəyə, sevgiyə, diqqətə möhtac idik. Biz, hamımız…

Bu dəqiqdir, biz Qarabağ savaşı həll olunmaz qaldıqca yoxalmışdıq, milli kimlikdən, şəxsiyyətdən uzaq qalmışdıq. Balacalaşıb kiçilmişdik. İndi biz yenidən dövlət, millət, xalq, ordu oluruq.Dünyaya ən sərt şəkildə sözümüzü deyirik. Deyirik ki, bizi parçalamaq, hökm eləmək olmaz daha. Biz artıq tam, bütöv olmalıyıq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_Mexsus1.jpg
 
Bundan başqa rəsmi Bakı otuz ildən çox dönəmdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün heç bir iş görməyən ATƏT-in Minsk qrupu və onun həmsədrlərini neytrallaşdırdı. İndidən belə Dağlıq Qarabağla bağlı ən xırda müzakirənin belə iştirakçı tərəflərini Azərbaycan diqtə edəcək.
 
Bir ayda əldə edilən daha bir nəaliyyət o ki, Azərbaycan Prezidenti İlham Əliyev Qafqazda daha mürəkkəb və yeni geopolitik mühit yarada bildi. Cənubi Qafqazdakı proseslərə kənar siyasi güclərin təsir imkanları zəiflədilib. Azərbaycan öz milli maraqlarını yeni formatda ortaya qoymaq üçün yeni şanslar əldə edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_FHFGJHGJGJHJHJ.JPG

Eyni zamanda Cənubi Qafqazdakı bu günki güclü Azərbaycanın səyləri nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silahlı qüvvələrinin əsgər və zabitlərinin Qarabağdan, döyüş meydanından qaçdığını etiraf edib. Habelə, Ermənistanın NATO, BMT, Avroittifaq, Avropa Şurası başda olmaqla, ayrı-ayrı havadar dövətlərin rəsmilərinə etdiyi müraciətlər də cavabsız qaldı. Demək olar, qonşu dövlətləri qanunsuz silah və canlı qüvvə daşımaq üçün hava və quru yollarını bağladı. 

Azərbayca Dağlıq Qarabağla bağlı vəziyyəti dünya ictimaiətinə çatdırmaq üçün, otuz ildir keçilməz olan informasiya blokadasını darmadağın elədi. Ali Baş Komandan demək olar dünyanın bütün nüfuzlu KİV-lərinə münaqişə ilə bağlı müsahibələr verdi. Azərbaycan məğlubiyyət sindromundan azad oldu. “Torpaqlarımızı heç zaman ala bilməyəcəyik” məyusluğu, psixoloji maneəsi dövlət-xalq ittifaqının nəticəsi olaraq aşıldı. Azərbaycan siyasi-diplomatik danışıqlara açıq olduğunu göstərdi. Qısa müddətli “atəşkəslərdə”, Azərbaycan dünyaya erməni xislətini Gəncədən, Tərtərdən, Bərdədən, Zərdabdan, Mingəçevirdən, Bakıdan, Kürdəirdən, Qəbələdən, Siyəzəndən və sair dinc sakinlər yaşayan ərazilərdən tədqim etməyi bacardı. Həm diplomatik, həm informayisa dilində. Ermənistanın terrorist dövlət olduğunu bütün dünyaya göstərdi. Azərbaycan, Ermənistanın onun ərazisində başlatdığı, müharibədən dolayı, bütün dəyən ziyanları, cinayətləri sənədləşdirib, beynəlxalq hüquqi müstəviyə daşıya bildi. Qərəzsiz,kinsiz, faktoloji əsaslandırılmış. Aparılan əməliyyatların nəticəsi olaraq, status-kvo ləğv olundu, atəş xətti dağıdıldı. Azərbaycan DQ və ətraf rayonlarda qeyri-qanuni məskunlşamanı da aradan qaldırdı. Artıq DQ və ətraf rayonlar ermənilər üçün qeyri-yaşayış yeridir. Erməni ombudsman artıq ərazini doxsan minə yaxın erməninin tərk etdiyi barədə rəsmi açıqlama verib. Azərbaycan DQ ərazisinə ermənilərin cəlb etdiyi bütün xarici sərmayə qoyuluşu cəhtlərinin qarşısı, birmənalı olaraq aldı. Hətta, Kəlbəcər qızıl mədənləridə əsas payçı olan Rusiya şirkətinin silah və muzdlu qaçaqçılığı faktını ortaya qoya bildi ki, bunun nəticəsində Ermənistan heç bir əks arqument təqdim edə bilmədi. Ermənistan rəhbərliyi hərbi və siyasi sarsıdıldı. Dünya Azərbaycanın Ermənistanla təkbətək qaldığı vəziyyətdə nə ola biləcəyini anladı. Azərbaycan şimalın sülh məramlılarından, cənubun sülh mexanizmi təkliflərindən ilk dəfə sərt şəkildə imtina etdi və siyasi məsafə saxladı. Qonşulara yerini diplomatik dildə çox uğurla göstərə bildi. Onların da Azərbaycanın haqq işini müdafiə etməkdan başqa yol qoymadı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg
 
Azərbaycan Türkiyəni əsas strateji müttəfiq elan etdi. Sülh danışıqları başlayacağı təqdirdə bütün formatlarda prosesin içində məhz Türkiənin olacağını açıq bəyan etdi. Aparıan hərbi əməliyyatların bu günə olan nəticəsinin müşahidəsi deməyə əsas verir ki, Azərbaycanın Ermənistanı ciddi iqtisadi blokadaya almaq imkanı artıq çox yaxındır. Eyni zamanda ortaya çıxan başqa vacib məqamlar da var. Dağlıq Qarabağ savaşında Türkiyə və Azərbaycan təhsilli hərbçilərin üstünlüyü əməliyyatlardan aydın duyuldu. Belə ki, əməliyyatı idarə edən zabitlərin əksəriyyəti Azərbaycan və Türkiyədə hərbi təhsil alıb. Bu avtomatik olaraq Azərbaycanda ordu quruculuğu işinə Türkiyənin cəlb olunması zərurətini ortaya çıxarıb. Yeri gəlmişkən, bu məqamı Prezident İlham Əliyev də son müsahibələrindən birində xüsusi vurğuladı: “Biz Azərbaycanda türk ordusunun bir qədər kiçik formatını quracağıq”. Baş verənlərin analizi onu da göstərir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi əməliyyatlar sonrası islahatlar üçün zəmin yaranıb.
 
Bundan başqa, hətta savaş sonrası belə uzun müddət, informasiya cəbhəsində ciddi savaşın təşkilinə ehtiyac olacaq. Odur ki, media, diplomatik korpus, diaspora işi daha da yaxşılaşdırılmalı, əlaqəli və mərkəzləşdirilmiş formada yönəldilməlidir. Mediada ideoloji işin qurulması və idarə olunması üçün bütün boşluqlar doldurulmalı, ingilis, rus, fars, erməni dilli media formalaşdırılmalı. Müharibə müxbirləri və stringerləri yetişdirilməlidir.

fggffhghj.JPG
 
Ən vacib məqam, illərdir Azərbaycanın siyasi hakimiyyətinin, daha dəqiqi Prezident İlham Əliyevin əlində bütün siyasi imkanlar oldu ki, o, Dağlıq Qarabağ mövzusunu vətəndaşına unutdursun. Mövzunun ölkənin prioritet məsələləri siyahısından çıxartsın. Otuz il unutmaq və unutdurmaq üçün böyük və ciddi zamandır. Ancaq bu olmadı. Qarabağ otuz il ərzində ölkənin ən vacib məsələlərindən sayıldı. Bu gün məsələ onunla nəticələndi ki, indi Azərbaycan sürətlə Qafqazın lideri kimi önə çıxıb. Ölkə uzun illərdir gözlədiyi mücadilənin başlanmasına və böyük qələbəyə şahidlik edir. Azərbaycan dövlət olaraq özünü və xalqının kimliyini təsdiqlədi. Bütün dünyaya iradə nümayiş etdirdi. Azərbaycan iki yüz ildən çox bir zaman kəsiyində ancaq torpağı əlindən alınan, işğal edilən ölkə, xalq olmaqdan qurtuldu. İndi Qafqazda hökmran əli dəyişmək üçün həm açar, həm kilid ölkədir Azərbaycan. Dövlət olaraq öz gələcəyini, müqəddəratını həll edir. Azərbaycanı, onun siyasi liderini və xalqını bütün dünya müzakirə edir. Təbii ki, hərə özünə sərf edən, özü istədiyi kimi. Ancaq bizim üçün məsələ bu, mili ruhumuz, milli kimliyimiz, şəxsiyyətimiz, mənliyimiz, iradəmiz, dövlət və xalq olaraq bizə qayıtdı. İndi yolumuzu açırıq, işimizin tamamında kilidimizi də vuracağıq. Bir aylıq mübarizə bizə bunu öyrətdi, sözünü məqamında deməyi, iradəni ortaya qoymağı, nə zaman aşar, nə zaman kilid olacağı artıq bacaracaqsan Azərbaycan. Milli mənliyinin və var olmağının yolu ancaq bundan keçir.
 
Jalə Mütəllimova

02 Dekabr 2020 Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"
02 Dekabr 2020 DiktatorTV-nin təhlükəli fəaliyyəti: Manaf Cəlilzadəyə qarşı cinayət işi niyə açılmır?
02 Dekabr 2020 Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02 Dekabr 2020 Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək
02 Dekabr 2020 Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - Kəşfiyyatçı ilə müsahibə - VİDEO
01 Dekabr 2020 Prezident İlham Əliyev xalqa müraciət edib
01 Dekabr 2020 Ermənilər İsveçrədə "Qarabağ" restoranına hücum edib - VİDEO
30 Noyabr 2020 Bu gün Laçın işğaldan azad edilir
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçına girir - VİDEO
30 Noyabr 2020 Erməni əsgərin döyüşlərlə bağlı etirafı: "Onların gəlişi, ölüm mələyinin gəlişi kimi idi, qaçırdıq"
30 Noyabr 2020 Paşinyan hakimiyyətini itirə bilər - Prezident Sarkisyan baş nazirə qarşı çıxdı
27 Noyabr 2020 Azərbaycan hərbçiləri Zod qızıl mədəni ətrafında - Paşinyandan reaksiya - VİDEO
27 Noyabr 2020 Paşinyan ölkədə çevriliş ehtimalından danışdı: “Qan tökməyə çalışırlar” – “Qarabağ klanına” açıq işarə
27 Noyabr 2020 Ermənilər Laçını belə boşaldır – Noyabrın 30-na qədər vaxt verilib - VİDEO
27 Noyabr 2020 Allahverdi Bağırovun qızları 27 il sonra onun qəbrini ziyarət etdi - VİDEO
26 Noyabr 2020 Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
25 Noyabr 2020 Ordumuz Kəlbəcərə hansı istiqamətlərdən daxil olub? - AÇIQLAMA
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü
24 Noyabr 2020 Sonuncu erməni ailəsi də Kəlbəcəri tərk etdi – Qəbir daşlarını da aparırlar – VİDEO
23 Noyabr 2020 “Şuşa uğrunda döyüşlərdə bizə elə bil ilahi güc gəlmişdi” – Xüsusi təyinatlı Həmid Əhmədov