b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_soros-pasinyan.jpg
Bu gün Azərbaycan xalqı, bütün Azərbaycan ictimaiyyəti yalnız bir amalla yaşayır, yalnız Vətən deyir! Əslində, bu hər zaman belə idi!Vətən deməsək, 30 il qələbə gününün gələcəyini ümidlə gözləməzdik! Ürəklər Vətən deməsə,  inanmazdıq, güvənməzdik! Dövlətimizə, onun başçısına olan inam bu xalqın ürəyindən heç vaxt çıxmayıb! Əksinə, üstümüzə gəldikcə, dirənmişik, sinə gərmişik! Nəticəsini də görürük! Bu gün meydan VƏTƏNSEVƏRLƏRİNDİR!

Bu gün meydanda at oynatmaq bizə düşər! Bu günədək xalqı dövlətə qarşı qaldırmaq  istəyənlərə artıq o imkanı verməyəcəyik! Hardan vurmaq istəsəz, ordan qarşınızı alacağıq! Nə qələbələrimizə, nə də zəfər yürüşümüzə, kölgə sala bilməyəcəksiniz! Heç bu günə yaraşmayan söhbətlər olsa da,  mövzunu qabartmaq məcburiyyətində qaldıq. 27 sentyabrdan bu yana ürəyi ordumuzla döyünən hər bir azərbaycanlı həyəcanla cəbhədən gələn xəbərləri izləyir, əsgərlərimizə, dövlət başçısına mümkün dəstəyi vermək üçün əlindən gələni əsirgəmir. Öz zəkası, savadı ilə seçilən gənc nəsil sosial şəbəkələrdə bir növ informasiya müharibəsi aparır. Bu elə bir tarixi anlardır ki, heç bir azərbaycanlı Azərbaycan əleyhinə bircə kəlmə belə nəinki yazmaq, düşünə bilməz! Düşünməməlidir! Təəssüf, çox təəssüf ki, bunu edənlər hələ də var! Müharibənin qızğın vaxtında, xalqımızın erməni terroru ilə üz-üzə durduğu bir anda bunu edən və guya ki, xalqa canıyananlıq göstərən istər media, istərsə də iblis xislətini göstərməkdə olan ayrı-ayrı şəxslər hələ də var! Açın, tökün içinizi! Vallah bu daha yaxşıdır! Heç olmasa, öyrənirik hansınız, daha nəyə qadirsiniz! Əl-ayağa düşənlərin arasında Meydan TV-ni görməmək mümkün deyil. Başımız zəfər yürüşünə və qələbələrimizə qarışsa da bu iblislərin fəaliyyətini də ara-sıra izləyirik. Ama bizdən çox düşmən izləyir! Təsadüfi deyil ki, düşmən həmişə elə məhz Meydandan sitat gətirir! Niyə də yox? Həm Paşinyan, həm də Meydan, Sorosun öz balası deyilmi?! Soros sağ olsun,  siyasət meydanının ən  düşük nümayəndəsi nominasiyasında qalib kimi yetişdirdiyi  Paşinyanla Ermənistanı dağıtdı! Meydançılar bu rüsvayçı süqutun şahidi deyillərmi? Bəlkə bu yolla ətəyində ibadət etdikləri ağalarına yardımçı olmağa çalışırlar?! Tezliklə ermənilərin özləri Paşinyanı devirəcək. Sorosun arzusu da qursağında qalacaq.  Bəs siz nəyə ümidlisiz, Meydan TV? Yəni, doğurdanmı düşünürsünüz ki, “Qafqaz layihəsi” iflasa uğrayan Soros Azərbaycanda sizi, sizinkimiləri nə vaxtsa hakimiyyətə gətirə biləcək?!

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_0001asdadasd.jpg

Bu xalqın dəyər bildiyi, dəyər verdiyi, başına tac etdiyi mövzu ilə işiniz olmasın, heç olmasa! Şəhid adı üzərindən manipulyasiya etməyin, peşman olarsınız! Paşinyanın aqibəti sizə dərs olsun! Dəyərlərimizə toxundu, xalqın ürəyinə toxundu, cəzasını aldı! Həm də rəzalətə düçar olaraq! Azərbaycan, şəhidinə dəyər verməsə, analar şəhid cənazəsini, başında  bəy xonçası kimi daşıyarmı? Bu ritualın mənasını dərk edirsinizmi? Bir ana gözübağlı, of demədən övladını niyə qurban versin, inanmadığı dövlətə? Övladı Vətən uğrunda şəhid olan bir ana niyə qürur duymasın, Ali Baş Komandanı ilə? Bu sizinçün Soros kimilərin pulu ilə satın alınmış sevgi, ideologiya,  deyil!! Bu sevginin qiyməti, meyarı, ölçüsü yoxdur! Emin Milli, Arzu Qeybullayeva və sizə bənzər bir çox məxluqat,  sizə səslənirəm!  Onsuz da xalq sizə inanmır. İnansa, bu illər ərzində ən azından arxanızca gələrdi, dəstək verərdi. Çox qıcıq  yaradırsınız, inanın!Dəstək də istəmirik, heç olmasa, Azərbaycan torpağının suyunu, havasını, özünüz sizə nəyi daha yaxın hiss edirsizsə, o parçanı, o hissəni ruhunuzda oyadın və mane olmayın! Düşmənin dəyirmanına su tökməyin!

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_rad.jpg

Bu gün bütün fəaliyyətiniz donmuş vəziyyətdədir, zəhəriniz boğazınızda düyünlənib,  udquna-udquna qalmısınız. Qiyas sosial şəbəkələrdə ermənilərə məsləhət verir, müharibəni udmağın yollarını erməni qardaşlarına başa salır, bundan başqa müharibəyə yox deyənlər dəstəsini də izləyir, Xədicə İsmayılın  məncə, əsl azərbaycan koloritinin əks olduğu yeni istehsal olunmuş  dronlarımızın adı ilə bağlı Müdafiə Nazirliyinə etika dərsi keçməsinin şahidi oluruq!Digər əslən qarabağlı  mahir söyüş ustaları olan blogerlərimizin də səsi gəlmir! Hələ qələbə xəbəri paylaşdıqlarını görmədim! Əllərində plakat utanmaz utanmaz dünyanın müxtəlif ölkələrində hər tədbirə murdar milçək kimi qonan “azərbaycanlılar” niyə səsiniz gəlmir?! Heç gəlməsin, məncə..Gördüz ki, cənab prezidentin əli də, sözü də imzası istənilən ölkəyə çata bilir. Bu günə kimi dövlətimiz əlini bulaşdırmayıbsa, sizin kimilərə, demək ki, özü istəməyib!Ağzınızı yumun və oturun! Yoxsa harda olursuzsa olun, elə ordanca, itin qovulduğu kimi qovularsınız! Hələliksə gözümüz üzərinizdə..

Lamiyə Rövşənqızı


02 Dekabr 2020 Vladimir Putin Qarabağdan danışdı
01 Dekabr 2020 Azərbaycanda sərt karantin tətbirləri tətbiq olunmalıdırmi? – COVİD-19-un təhlükəli sürəti və qorxulu rəqəmlər
01 Dekabr 2020 Rusiya MN türk əsgərinin Qarabağdakı sülh missiyası haqda açıqlama verdi
01 Dekabr 2020 Erməni analar Paşinyana ümidini itirib, Putinə yalvarırlar: "Yalvarırıq, bizə kömək edin" - VİDEO
01 Dekabr 2020 Müharibə zamanı düşmənə satılanlar - Onları hamı tanımalıdır - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN
01 Dekabr 2020 Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçın rayonuna daxil olub - RƏSMİ VİDEO
30 Noyabr 2020 Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR
30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb
30 Noyabr 2020 Azərbaycan əsgərlərini təhdid edən rahib İrəvana qaçıb - FOTO
30 Noyabr 2020 Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
30 Noyabr 2020 Ölkədə COVİD 19-la bağlı CİDDİ TƏHLÜKƏ – Vəziyyət nəzarətdən çıxa bilər – Qorxulu gedişat
29 Noyabr 2020 Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
28 Noyabr 2020 Hikmət Hacıyev Ağdamda göz yaşlarını saxlaya bilmədi - VİDEO
28 Noyabr 2020 Fuat Oktay: "Başqa ölkələr kar və kor olarkən biz Azərbaycanın yanında olduq"
28 Noyabr 2020 Hikmət Cavadov Krım tatarlarının lideri ilə görüşdü - FOTO
27 Noyabr 2020 Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - Debat və müzakirələr