b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_resize.jpg

“Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, “Abşeron” yatağının tarixi bir qədər fərqlidir: “Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır... Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar”.

Azərbaycan Prezidenti vurğulayıb ki, burada çox böyük qaz ehtiyatları var: “Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.

Prezident İlham Əliyev qeyd edib ki, bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var: “Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.


24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
23 Oktyabr 2020 Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO
23 Oktyabr 2020 Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ
22 Oktyabr 2020 Mehriban Əliyeva: "Xalq öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir"
22 Oktyabr 2020 Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
22 Oktyabr 2020 Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTO
22 Oktyabr 2020 Bu gün düşmənin 40 əsgəri məhv edilib - ETİRAF
22 Oktyabr 2020 Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO
22 Oktyabr 2020 Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
22 Oktyabr 2020 Azərbaycanı müharibəyə məcbur edən amillər: İlham Əliyev dünyanı xəbərdar etmişdi
22 Oktyabr 2020 “Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən