b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_5f327fed66a97c9e26659517.jpg
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyada istehsal olunan və tətbiqinə başlanılan koronavirus peyvəndi ilə bağlı açıqlama verib. 

Missiya.Az xəbər verir ki, ÜST rəsmisi Tarık Jasarevic Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində keçirilən mətbuat konfransında qeyd edib ki, hər hansı bir ölkənin istehsal etdiyi “COVİD-19” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlənməsi üçün əldə olunan kliniki nəticələr ciddi araşdırılmalıdır.

Rusiya prezidenti Vladimir Putinin COVİD-19 testini sınaqdan keçirdikləri ilə bağlı verdiyi açıqlamanı diqqətlə izlədiklərini deyən Jasareviç bildirib ki, Rusiyanın tibb işçiləri ilə yaxın təmasdayıq və peyvəndin ilkin nümunələri üzərində iş aparılır: “Hazırda Rusiyanın ixtira etdiyi peyvənd düyanda istehsal olunan digər 26 peyvənd kimi sınağın birinci mərhələsindədir. Peyvəndin tam şəkildə yararlı olduğunu elan etmək üçün 3 mərhələ lazımdır. İlk mərhələdə peyvənd çox az könüllüyə vurulur və onun yararlı olub-olmadığı yoxlanılır. İkinci mərhələdə isə peyvənd 100-dən çox insan üzərində test edilir. Nəhayət, üçüncü mərhələdə bu proses bir neçə min insan üzərində həyata keçirilir. Ümumilikdə, üç mərhələdə həyata keçirilən sınaqlar bir neçə il və ya ay vaxt apara bilər”.

Jasarevic bildirib ki, pandemiya həyat tərzini və iqtisadiyyatı təhdid edir: “Bu səbəbdən işə yaradığı bilinən bütün üsulların nəzərdən keçirilməsi məqsədəuğyundur. Gələcəkdə virusun yayılma sürətini azaltmağa köməklik edəcək etibatlı və təsiredici müalicələr və peyvəndlər üçün prosesi sürətləndirmək və bunun üçün yatırımlar etmək vacibdir. Virusla mübarizədə sürətli nəticələr əldə etməklə yanaşı tibbi təhlükəsizliyi də qormaq vacib şərtdir”.

Qeyd edək ki, Putin Rusiya alimlərinin koronavirus peyvəndini ixtira etdiyini videokonfrans vasitəsi ilə dünyaya elan edib. Məlumata görə, peyvəndi ilk sınaqdan keçirən şəxslərdən biri Rusiya prezidentinin qızı olub.



Elvin
Missiya.Az


19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü
18 Sentyabr 2020 Operativ Qərargah Azərbaycanda kütləvi yoluxma haqda yeni xəbər yaydı
18 Sentyabr 2020 DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO
17 Sentyabr 2020 Onlar Tofiq Yaqublunun ölməsini istəyir - Dövlətə qarşı növbəti məkirli plan...
17 Sentyabr 2020 Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
17 Sentyabr 2020 Ukraynadakı keçmiş səfirimiz Vətənə qayıtmaq istəmir - Miqrasiya Xidmətinə müraciət etdi - (FOTO)
17 Sentyabr 2020 Bakıda 50 manata görə gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı – VİDEO
17 Sentyabr 2020 Liviyada Türkiyənin dəstəklədiyi hökumət başçısı istefa verib
17 Sentyabr 2020 Azərbaycanda gediş haqları mobil telefonla ödəniləcək - VİDEO
17 Sentyabr 2020 Qurban Məmmədov Türkiyədə saxlanıldı
16 Sentyabr 2020 AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu? – Ramiz Həsənoğluya qarşı müəmmalı gediş
16 Sentyabr 2020 Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub - VİDEO
16 Sentyabr 2020 Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
16 Sentyabr 2020 SON DƏQİQƏ! Zakir Həsənov əmr verdi - Müharibəyə hazırlıq gedir?
16 Sentyabr 2020 Ermənistan ordusunun hərbçisi öldü
16 Sentyabr 2020 “Azəriqaz”da yeni kadr dəyişikliyi - RƏSMİ
16 Sentyabr 2020 “Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - VİDEO
16 Sentyabr 2020 Ramiz Mehdiyev alimləri dövlətə qarşı qaldırır? - AMEA-nın saytında təxribatçı məqalə
16 Sentyabr 2020 DTX əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO