b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_DTX_ekstradisiya_1.jpg

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

DTX-dan Missiya.Az-a verilən məlumata görə, Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Hazırda cinayət işi üzrə araşdırma davam edir.



10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 “İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10 Avqust 2020 “2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları qovduq”
10 Avqust 2020 "Qarabağ" dayaq blokunun əhəmiyyəti nədir? - Prezidentin uzaqgörən neft strategiyası
10 Avqust 2020 Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyət: Qafqazda Rusiya Türkiyə savaşı ola bilərmi?
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
09 Avqust 2020 Bakıda polis onu bıçaqlayan oğruya atəş açdı
08 Avqust 2020 Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş... - RƏSMİ
08 Avqust 2020 TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama
07 Avqust 2020 Avqustun 10-dan bu qadağalar ləğv olunur - RƏSMİ
07 Avqust 2020 Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
07 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə təyinat-FOTO
06 Avqust 2020 Azərbaycanda Türkiyənin hərbi bazası qurula bilərmi? - Polkovnik şərh edir (Özəl)
06 Avqust 2020 Avqustun 13-dən bu qərar qüvvəyə minir
06 Avqust 2020 Polis əməliyyat keçirdi: Tutulanlar var
05 Avqust 2020 Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı
05 Avqust 2020 Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHAMLAR
05 Avqust 2020 Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO
04 Avqust 2020 Gültəkin Hacıyeva növbəti dəfə özünü ifşa etdi - "Bu, bizə sərf edir..." - VİDEO