b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_re17.jpg

"Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb".

Missiya.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib:

"Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".



10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 “İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10 Avqust 2020 “2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları qovduq”
10 Avqust 2020 "Qarabağ" dayaq blokunun əhəmiyyəti nədir? - Prezidentin uzaqgörən neft strategiyası
10 Avqust 2020 Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyət: Qafqazda Rusiya Türkiyə savaşı ola bilərmi?
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
09 Avqust 2020 Bakıda polis onu bıçaqlayan oğruya atəş açdı
08 Avqust 2020 Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş... - RƏSMİ
08 Avqust 2020 TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama
07 Avqust 2020 Avqustun 10-dan bu qadağalar ləğv olunur - RƏSMİ
07 Avqust 2020 Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
07 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə təyinat-FOTO
06 Avqust 2020 Azərbaycanda Türkiyənin hərbi bazası qurula bilərmi? - Polkovnik şərh edir (Özəl)
06 Avqust 2020 Avqustun 13-dən bu qərar qüvvəyə minir
06 Avqust 2020 Polis əməliyyat keçirdi: Tutulanlar var
05 Avqust 2020 Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı
05 Avqust 2020 Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHAMLAR
05 Avqust 2020 Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO
04 Avqust 2020 Gültəkin Hacıyeva növbəti dəfə özünü ifşa etdi - "Bu, bizə sərf edir..." - VİDEO