b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_photo_102145.jpg

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri  üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.



13 Avqust 2020 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE
13 Avqust 2020 Eldar Həsənov həbs olundu - DTX-nın əməliyyatı
13 Avqust 2020 Prezident Hulusi Akarı qəbul etdi
13 Avqust 2020 “Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi - VİDEO
13 Avqust 2020 Azərbaycanla Türkiyə arasında viza sazişi qüvvəyə mindi
12 Avqust 2020 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
12 Avqust 2020 Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir
12 Avqust 2020 MİDA-nın keçirdiyi satışlarda mənzil alanların sayı artıb
12 Avqust 2020 Koronavirus peyvəndi ilə bağlı şad xəbər: Daha bir ölkə istehsala başladı
11 Avqust 2020 Çimərliklərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO
10 Avqust 2020 "Qarabağ" dayaq blokunun əhəmiyyəti nədir? - Prezidentin uzaqgörən neft strategiyası
10 Avqust 2020 Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyət: Qafqazda Rusiya Türkiyə savaşı ola bilərmi?
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
09 Avqust 2020 Bakıda polis onu bıçaqlayan oğruya atəş açdı
08 Avqust 2020 Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş... - RƏSMİ
08 Avqust 2020 TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama
07 Avqust 2020 Avqustun 10-dan bu qadağalar ləğv olunur - RƏSMİ
07 Avqust 2020 Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma