b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1584956943_15849561377190363135e7882e9bfb77.jpg

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir.


Missiya.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

"Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin. Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək", - deyə məlumatda qeyd olunub.


07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 Missiya.Az-ın YAP Nizami RT ilə birgə aksiyası davam edir - FOTOLAR
07 Aprel 2020 Azərbaycanda daha 76 nəfər koronavirusa tutuldu 1 nəfər ölüb - SON DƏQİQƏ!
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Evlər ucuzlaşmağa başlayıb - Əmlak bazarı nə vaxt bərpa olunacaq?
07 Aprel 2020 ŞAD XƏBƏR! Dövlət daha bir güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir
06 Aprel 2020 İlham Əliyev əfv sərəncamı imzaladı
06 Aprel 2020 Azərbaycanda 13 nəfər metil spirtindən zəhərlənib, onlardan 8-i ölüb - VİDEO
06 Aprel 2020 Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb
06 Aprel 2020 Azərbaycanda məşhur din xadimi vəfat etdi - SON DƏQİQƏ
06 Aprel 2020 Koronavirus xəstələrinin adı niyə açıqlanmır? - TƏBİB-dən cavab
05 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bazar günü də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ
04 Aprel 2020 Nazirlər Kabinetindən koronavirusla bağlı VACİB AÇIQLAMA
03 Aprel 2020 Əli Əhmədov: “Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir”
03 Aprel 2020 Azərbaycanda koronavirusa yoluxanların ümumi STATİSTİKASI
03 Aprel 2020 ÜST: “Tibbi maska koronavirusdan müdafiə etmir”
03 Aprel 2020 Milli Məclis “Facebook”a gəlir
02 Aprel 2020 SOCAR prezidenti Neft Daşlarında olub - FOTO
02 Aprel 2020 Nazirlik müddəti artırdı - hər ailəyə aylıq 216 manat