b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_prez.PNG

"Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək".

Missiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar:

"Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir.

Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyətli dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız".



07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək
04 Aprel 2020 Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı
04 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bu gün də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 DİQQƏT! Missiya.Az Qaynar Xətt yaratdı - Yardımla bağlı
04 Aprel 2020 Fövqəladə vəziyyət elan olunarsa, ərzaq talonla veriləcək? - AÇIQLAMA
04 Aprel 2020 Nizami rayonunda koronavirusla bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib - FOTO
04 Aprel 2020 Baş epidemioloqdan əhaliyə xəbərdarlıq
03 Aprel 2020 Koronavirus bu ölkəyə də yayıldı - Prezident açıqladı
03 Aprel 2020 Missiya.Az-ın Yasamalda keçirdiyi yardım aksiyası bu gün də davam edib - FOTOLAR
03 Aprel 2020 298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı