b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1328686.jpg Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Missiya.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhər sakinindən silah və narkotik aşkarlanıb.

Məlumatda bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat ilə əlaqədar Ə. Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.

Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb. Ə.Məmmədova məxsus “Nissan-Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd selofan bükülüdə çəkisi 9.5 qram psixotrop maddə hesab edilən “metamfetamin”aşkar olunub.

Davam etdirilən tədbirlərlə Ə.Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini , əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilərək saxlanılıb. İlkin dindirilmə zamanı o, Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib.

21 Fevral 2020 Bakıda kişi və qadın qonaq getdikləri evdə öldü
20 Fevral 2020 AzTV-dən yeni BƏDİİ FİLM: “Xocalı yol gözləyir” - Canlı şahidlər danışdılar, biz lentə aldıq...
19 Fevral 2020 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqə ləğv edildi
19 Fevral 2020 Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi - FOTO
18 Fevral 2020 Qanun pozuntularına görə günahkar komissiyalardır - MSK sədri
17 Fevral 2020 Azərbaycanlılar bəzi tibbi ləvəzimatları Çinə daşıyırmış - Qadağa qoyuldu - VİDEO
15 Fevral 2020 İlham Əliyev Münhendə Paşinyanı susdurdu - Video
11 Fevral 2020 Aqil Məmmədovun möhtəşəm qələbəsindən qorxuya düşən ünsürlər
10 Fevral 2020 “Seçkilərdə beynəlxalq müşahidəçilərin say çoxluğu şəffaflığın ən önəmli göstəricilərindəndir”- Tural İsmayılov
08 Fevral 2020 Fevralın 10-da məktəblərdə dərslər olacaq? - AÇIQLAMA
07 Fevral 2020 Aqil Məmmədov diplomla təltif olundu
06 Fevral 2020 Aqil Məmmədov Qarabağ əlilləri və Veteranlarla görüşdü - Gəncədə
03 Fevral 2020 Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - FOTO
03 Fevral 2020 Novruz çərşənbələrinin tarixləri açıqlandı
02 Fevral 2020 Mehriban Əliyeva gəncləri təbrik etdi
31 Yanvar 2020 DİN-dən İlkin Süleymanovun polis əmisi oğlu ilə bağlı açıqlama: “Bəlkə, utanıb, xəcalət çəkib”
31 Yanvar 2020 Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
31 Yanvar 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - VİDEO
29 Yanvar 2020 Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşdü - FOTO
28 Yanvar 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO