b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1570429680_bicaq_0652.jpg
Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
 
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi raonu, Bləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
 
Oktyabrın 6-da, axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerində saxladığı bıçaqla həyat yoldaşına 2 zərbə endirib.
 
Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb və qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və küçədə qadına sinə və boğaz nahiyəsindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
 
Faktla bağlı Binəqədi Rayon Prokrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.
19 Oktyabr 2019 Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 2019 BŞBPİ-nin İdarə rəisi qanunsuz mintinq haqda: "Saxlanılanlar var, tədbir görüləcək"
19 Oktyabr 2019 Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19 Oktyabr 2019 "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA
19 Oktyabr 2019 “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır
19 Oktyabr 2019 Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR
19 Oktyabr 2019 NATO Türkiyə və ABŞ-ın bu addımını alqışladı
19 Oktyabr 2019 Avropada polislər mitinqləri belə dağıdırlar - VİDEO
18 Oktyabr 2019 Bələdiyyə seçkilərinin vaxtı açıqlandı
18 Oktyabr 2019 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
18 Oktyabr 2019 "Maşın"ın qalibi o oldu - Ad açıqlandı
18 Oktyabr 2019 İlham Əliyev: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır - VİDEO
18 Oktyabr 2019 Əli Kərimlinin məqsədi ortaya çıxdı - Səs yazısı yayıldı - VİDEO
18 Oktyabr 2019 İlham Əliyev Xalq artistinə ev verdi
16 Oktyabr 2019 Prezident yeni dövlət qurumu yaratdı - Fərman
16 Oktyabr 2019 "Traktor Sazi"nin oyunçusu cəzalandırıldı - Türkiyəyə görə - VİDEO
16 Oktyabr 2019 Avtomobili olanlara şad xəbər - Azərbaycanda ilk - YENİLİK
15 Oktyabr 2019 Notr Dam kilsəsindəki yanğın barədə serial hazırlanır - VİDEO
15 Oktyabr 2019 Bakıda kişi qonşusunu güllələdi
14 Oktyabr 2019 Prezidentin diplomatik zərbəsi Ermənistanın Baş nazirini “siyasi nokaut”a saldı