dfgbggdfhgdfhgdfhghfhgf.jpg
Bu gün Azərbaycanın vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanım Əliyeva 1964-cü il avqust ayının 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbini qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Mehriban Əliyeva Azərbaycan cəmiyyətində böyük nüfuza malik olan siyasi xadimlərdən biridir. 

Missiya.Az 
xəbər verir ki, Mehriban Əliyevanın həyat və fəaliyyəti ilə bağlı danışan Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov qeyd edib ki, Mehriban Əliyevanın fəaliyyəti, təşəbbüsləri, xeyirxah əməlləri Azərbaycanın hüdudlarını aşıb:

“Mehriban Əliyeva gərgin fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda böyük hörmət və sevgi qazanıb. Hörmət və sayğının səbəbi onun tutduğu vəzifə deyil, qayğıkeşliyi, insanpərvərliyidir. Mehiban Əliyevanın xeyirxah əməlləri, təşəbbüsləri sərhəd tanımır və onun adı dünyanın hər tərəfində ehtiramla anılır. Birinci xanımın təşəbbüsü ilə Pakistanda qızlar məktəbi tikilib və həmçinin ölkənin müxtəlif yerlərində humanitar aksiyalar keçirilib. Bundan başqa Roma, Həştərxan və digər bu kimi şəhərlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə böyük layihələr həyata keçirilir. Onun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan naminə xeyriyyə aksiyaları təşkil edilir. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərir. Ona beynəlxalq tədbirlərdə ehtiram göstərilir, təşəbbüsləri və təklifləri məmnuniyyət hissi ilə qarşılanır”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15563-26457808135.jpg

Ramin Əhmədov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən danışarkən bildirib ki, Fondun görüyü işlər istər Azərbaycanda, istərsə də dünyada yüksək qiymətləndirilir:
 “Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında bir neçə məktəb yenidən qurulub və ya əsaslı təmir edilib. Birinci xanım dünyanın müxtəlif yerlərində yerləşən məscid, kilsə və sinaqoqları təmir etdirməklə əslində təmsil etdiyi dövlətin və xalqın inanclara hörmətini, tolerantlığını və multikultural dəyərlərə yüksək sayğısını nümayiş etdirmiş olur. Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi həyata keçirir. Layihə çərçivəsində qaçqın və məcburi köçkün həyatı yaşayan birinci sinif şagirdlərinə müxtəlif məktəb ləvəzimatları hədiyyə edilir. Həmçinin Birinci xanım Talassemiyalı uşaqlara da xüsusi həssaslıqla yanaşır. Mehriban xanım Talassemiya xəstəliyinin qarşısını almaq məqsədi ilə böyük layihələr həyata keçirir. Fond Azərbaycanda musiqinin, muğamın, rəssamlığın inkişafı üçün beynəlxalq səviyyəli konsert proqramları və rəsm sərgiləri təşkil edir. Mehriban Əliyeva Azərbaycandakı tarixi abidələrin, ziyarətgah və məscidlərin, dini abidələrimizin bərpası və yenidən qurulması istiqamətində təqdirəlayiq işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə yüzlərlə tarixi abidə yenidən qurulub və ya təmir edilib. Birinci xanım həyata keçirdiyi humanitar layihələrə görə bir çox nüfuzlu mükafatlara layiq görülüb. Dünya liderləri, din xadimləri Mehriban Əliyevanın bəşəri dəyərlərə söykənən xoş təşəbbüslərinə görə onu dünyanın ən nüfuzlu mükafatları, ordenləri və medalları ilə təltif ediblər. Ona uğurlu faəliyyətinə görə Azərbaycanın ən nüfuzlu mükafatlarından biri olan "Heydər Əliyev" ordeni verilib. Birinci xanım həmçinin BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalını, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenini, Fransa Respublikasının “Şərəf Legionu” ordenini, UNESCO-nun “Qızıl Motsart” medalını, Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatını, Küveyt Dövlətinin Fəxri diplomunu, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordenini, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordenini xüsusilə qeyd etmək lazımdır. Bu orden və medallara dünya qarşısında xüsusi xidmətləri olan şəxsiyyətlər layiq görülür”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1552361649_eduard-mehriban.jpg

Mehriban Əliyevanın Brinci Vitse-prezident təyin edildikdən sonrakı fəaliyyətinə toxunan Ramin Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyev verdiyi düzgün qərarla Azərbaycanda yeni mərhələnin başlanğıcını qoyub: 
“Mehriban xanım Birinci Vitse-prezident kimi ona göstərilən etimadı doğruldub. O, Birinci Vtse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərlə bağlı keçirdi. Onların yaşadığı qəzalı binalarla bağlı ciddi tapşırıq verdi. Bu məqam Mehriban Əliyevanın sosial sahəyə xüsusi diqqət göstərəcəyi ilə bağlı mesaj idi. Mehriban xanım daim Azərbaycan Ordusunun zabit və əsgərləri, eləcə də qazilərlə görüşlər keçirir. Son illər onun tapşırığı ilə ehtiyacı olan qazilərlə müasir protezlər verilib. Ümumiyyətlə, Mehriban xanım xalqa xidmət etməkdən yorulmur və biz onu hadisələrin mərkəzində, insanlarla səmimi görüşlərdə görməyə adət etmişik. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu insanların pənah yeridir və Fond qapısını döyən heç bir şəxsi əliboş qaytarmayıb. Bir sözlə Mehriban Əliyeva şəfqət və mərhəmət ünvanına çevirilib”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2de89b20-e0b8-4a80-b9cb-b2ea06d38b5c_700x390.jpg

Ramin Əhmədov bildirib ki, Birinci xanım bütün siyasi karyerasını və ictimai fəaliyyətini Azərbaycan xalqına həsr edib:
“Biz dünyanın ən şanslı xalqlarından biriyik ki, bizə Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı - Birinci xanım Mehriban Əliyeva kimi siyasi liderlər bəxş edilib. Biz bu dəyəri qorumalıyıq! Mən sonda gözəl insan və qayğıkeş ana Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirəm. Ona siyasi karyerasında böyük uğurlar arzu edirəm. Birinci xanıma Azərbaycan naminə gördüyü bütün işlərə görə minnətdarıq. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir. O bunu gördüyü işlərlə qazanıb”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_22222222222222222222222222222222222222222222222222222222222222222222222222.pngb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222.jpg2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222.jpg
13 Sentyabr 2019 Tanınmış vəkilin öldürməsilə bağlı RƏSMİ MƏLUMAT
13 Sentyabr 2019 Mərhum pilotumuzla bağlı yalan xəbər yayıldı - PUL YIĞIRLAR
12 Sentyabr 2019 “Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə öz münasibətini bildirir” - Əli Həsənov
12 Sentyabr 2019 Əflatun Amaşov: "Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"
11 Sentyabr 2019 Bakıda iqtidar-müxalifət görüşü
11 Sentyabr 2019 Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçiriləcək
10 Sentyabr 2019 “Biz insanların küçədə halva paylamasına qarışa bilmərik” - Mübariz Qurbanlı
10 Sentyabr 2019 “İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” - Əli Həsənov
10 Sentyabr 2019 Azərbaycanda olan şahzadənin lüks həyatı - İzləyiciləri heyran oldu
09 Sentyabr 2019 "Uşaqpulu bərpa oluna bilməz" - Mir Şahin
09 Sentyabr 2019 Göygöldəki qan donduran qətlin təfərrüatı - "YOX" dediyi üçün başı kəsilib" - FOTO
09 Sentyabr 2019 İmişlidə avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldü
09 Sentyabr 2019 Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı - VİDEO
07 Sentyabr 2019 Bakıda fəaliyyət göstərən fahişəxanalardan gizlin gecə çəkilişi - VİDEO
04 Sentyabr 2019 DYP-nin Ekologiya postunun komandiri işdən çıxarıldı
03 Sentyabr 2019 Əli Həsənov: "Əli Kərimli, siz indi adi bloqqer kimi maraq doğurursuz”
03 Sentyabr 2019 Bakının mərkəzində bu binanın sökülməsinə başlanılır
03 Sentyabr 2019 LDU-nun yeni tədris binası istifadəyə veriləcək - FOTO
02 Sentyabr 2019 Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq
02 Sentyabr 2019 Damlanın olduğu toyda silahlar işə düşdü - VİDEO