b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gdhgfjhjh.jpg

Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb. Artımı belə izah ediblər ki, ayrılan maliyyə hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək. Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollardır, bu 2018-ci ilin eyni göstəricisindən 13 faiz çoxdur.

Baş nazir Nikol Paşinyan ordudakı vəziyyətdən narazıdır, hakimiyyətdə olduğu bir ildə istədiyinə nail ola bilməyib. Paşinyanın orduya son maliyyə yardımının ayrılmasına Azərbaycan tərəfə keçən fərari olayı təsir edib. Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbi qulluqçu Aqo Kazaryan işgəncələrə dözməyərək bölmələrimizə təslim oldu. Üstündən düz 1 həftə keçdikdən sonra, yəni avqustun 19-da Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi. Bu ikisi arasında birbaşa əlaqə var. Mümkündür ki, Paşinyan gizli şəkildə son olayın araşdırılmasına da təlimat verib ki, bu biabırçı olay bir daha təkrarlanmasın. Çünki oxşar olay yenə təkrarlanarsa bu Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq.

Ermənistan hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmir. Bu mümkün deyil. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə 4-5 milyon dollara gücü çatır.

Ermənistanın hərbi yükü böyükdür. İran və Türkiyə sərhəddini Rusiyaya tapşırıblar, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxçıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik.

“Atlas” Araşdırmalar Mərkəzi

 
 
22 Oktyabr 2019 Ərdoğan və Putin Soçidə görüşdü
22 Oktyabr 2019 İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
22 Oktyabr 2019 Pompeo Türkiyəni təhdid etdi: "Müharibəyə hazırıq"
21 Oktyabr 2019 Hacıbala Abutalıbov vəzifəsindən azad olundu
21 Oktyabr 2019 Prezident Əli Həsənovu vəzifəsindən azad etdi
21 Oktyabr 2019 Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
21 Oktyabr 2019 “Həmin vətəndaşlardan üzr istəyirəm” - Prezidentin köməkçisi - VİDEO
19 Oktyabr 2019 "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik" - Zubair Mahmud Hayat
18 Oktyabr 2019 Əli Həsənov: "Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib"
18 Oktyabr 2019 Tramp: "Ərdoğan çox yaxşı liderdir"
17 Oktyabr 2019 DİN və Baş Prokurorluq AXCP rəhbərliyinə xəbərdarlıq etdi
17 Oktyabr 2019 "AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə böyük zərbə vurulmuşdu" - Prezidentin köməkçisi
17 Oktyabr 2019 PKK İŞİD-dən daha təhlükəlidir - Donald Tramp
16 Oktyabr 2019 Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
15 Oktyabr 2019 Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək
14 Oktyabr 2019 İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14 Oktyabr 2019 “Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” - Ərdoğan
14 Oktyabr 2019 Ərəb dövlətlərindən Ərdoğana zərbə: “İşğalçı” dedilər
13 Oktyabr 2019 Müsavat Partiyasının yeni başqanı məlum oldu – Səsvermənin NƏTİCƏLƏRİ
11 Oktyabr 2019 Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatını dəstəklədi - BƏYANAT