AZ   |   RU
İnstagramda yeni təhlükəsizlik funksiyası

 

“Meta”nın məşhur sosial media platforması “İnstagram” cinsi şantaj fırıldaqları ilə mübarizə aparmaq üçün yeni təhlükəsizlik funksiyalarını təqdim edib. 

Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Times” məlumat yayıb.

Bildirilib ki, bu xüsusiyyətlər istifadəçilərin şəxsi şəkillərinin pis niyyətli insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Cinsi qəsb insanların "şəxsi" şəkillərini sızdırmaqla hədələyərək pul tələb etdikdə baş verir.

Xüsusilə gənc istifadəçilərin qorunması üçün hazırlanmış bu xüsusiyyətlər platformanın məxfiliyini və təhlükəsizlik tədbirlərini artırır.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 10:06