AZ   |   RU
İsrail ordusu “Hizbullah”ın daha bir komandirini öldürüb

İsrail ordusunun hava hücumu nəticəsində Livanın cənubundakı “Hizbullah”ın Taybeh məntəqəsinin komandiri Məhəmməd Hüseyn Ramal öldürülüb.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Bildirilir ki, Ramal İsrailə qarşı terror fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsinə görə məsuliyyət daşıyırdı.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:05