AZ   |   RU
Şahramanyanın avtomobili narkotik alveri ilə bağlı iş üzrə müsadirə edilib

Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı" Samvel Şahramanyanın xidməti avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Samvel Şahramanyanın xidməti avtomobilini evakuatorla aparıblar.

Eyni zamanda, İstintaq Komitəsinin əməkdaşı heç bir məhkəmə qərarı təqdim etməyib, sadəcə, avtomobilin cinayət işi çərçivəsində götürüldüyünü bildirib.

Xatırladaq ki, 2024-cü ilin fevralında hüquq-mühafizə orqanları Şahramanyanın mühafizəçisi Aşot Danielyanı 2 sutka saxlayıb. O, narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək saxlanılıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 2-07-2024, 10:26