AZ   |   RU
Ermənistanla Türkiyə arasında sağlam dialoq yaranıb - Mirzoyan
 
Ermənistan Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır. Artıq ölkələr arasında sağlam dialoq qurulub. 

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.


“İrəvan və Ankara arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb”, - deyə Mirzoyan bildirib.


O, Ermənistanın qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlı olduğunu və bu istiqamətdə əməli addımlar atdığını vurğulayıb.


Bu kontekstdə o, Bakı ilə sülh sazişinin bağlanması ilə bağlı İrəvanın mövqeyini təqdim edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 3-07-2024, 14:41