AZ   |   RU
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

 

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 

Astanada keçirilən sammit Belarusun assosiasiyaya qəbulu ilə bağlı sənədlərin imzalanması mərasimi ilə başlayıb. 

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 4-07-2024, 10:07