AZ   |   RU
Belarus Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olub
 
Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub.

Missiya.Az xəbər verir ki, sənədlərin imzalanması mərasimi ŞƏT Dövlət Başçıları Şurasının iclasının keçirildiyi Astanada Müstəqillik Sarayında baş tutub.


Qazaxıstan prezidenti Kazım-Jomart Tokayev ŞƏT sammitində bildirib ki, Belarus qısa müddət ərzində təşkilatda tam iştirak üçün bütün prosedurları başa çatdırıb.

Qeyd edək ki, Belarus 2010-cu ildən dialoq tərəfdaşı, 2015-ci ildən isə müşahidəçi qismində ŞƏT-də iştirak edir. Səmərqənddə Dövlət Başçıları Şurasının 2022-ci il sentyabrın 16-da keçirilən iclasının yekunlarına əsasən, təşkilata qoşulma prosedurunun başlanması haqqında qərar imzalanıb. Bu prosesin tərkib hissəsi kimi Belarus 40-dan çox müqaviləyə qoşulub.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-07-2024, 10:11