AZ   |   RU
Paşinyan amerikalı konqresmenlərlə Azərbaycanla münasibətlərin normallaşması prosesindən danışıb


Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ konqresmenləri ilə görüşündə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesindən danışıb.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun Ermənistanda demokratik islahatlara dəstəyinin effektivliyinə diqqət çəkib. Bundan başqa, görüşdə Ermənistan hökumətinin ölkədə korrupsiyaya qarşı tədbirləri müzakirə olunub.

Qeyd edək ki, ABŞ-dən olan konqresmenlər İrəvanda səfərdədir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 15:50