AZ   |   RU
Taker Karlson Zelenski ilə müsahibəsini açıqlayıb

 

Amerikalı jurnalist Taker Karlson Ukrayna prezidenti Volodimir Zelenski ilə müsahibəsini açıqlayıb. 


Missiya.Az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.


“İki ildir ki, bu istiqamətdə işləyirik, xüsusən də fevralda Putinlə müsahibədən sonra bizim məqsədimiz amerikalılara onların mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirən münaqişə ilə bağlı mühüm məlumat verməkdir".


Söhbətin dəqiq buraxılış tarixi açıqlanmır. 


Qeyd edək kİ, fevralın əvvəlində jurnalist Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq müsahibə aparıb. Rusiya lideri həmsöhbətinin 60-a yaxın sualını cavablandırıb. Müsahibə zamanı Rusiya və Ukrayna arasında hərbi münaqişə, ABŞ-nin hərbi əməliyyatlarda iştirakı, eləcə də yeni dünya müharibəsi təhlükəsi müzakirə olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 4-07-2024, 10:01