AZ   |   RU
Tokayev: ŞƏT ölkələri təşkilatı nüfuzlu strukturlardan birinə çeviriblər
 
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr təşkilatı ən nüfuzlu beynəlxalq strukturlardan birinə çeviriblər və bütün dünyada ona maraq artır. 

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.


Onun sözlərinə görə, təxminən dörddə bir əsr ərzində ŞƏT beynəlxalq münasibətlər sistemində mühüm mexanizmə çevrilib.


Qeyd edək ki, iyulun 3-4-də Astanada ŞƏT sammiti keçirilir. Tədbirdə Rusiya, Azərbaycan, Belarus, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Monqolustan, BƏƏ, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın dövlət və hökumət başçıları iştirak edirlər. Sammitdə ŞƏT-in baş katibi Zhang Ming və BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-07-2024, 10:45