AZ   |   RU
İraqın şimalında 6 terrorçu zərərsizləşdirilib


İraqın şimalındakı Hakurk bölgəsində PKK üzvü olan 6 terrorçu zərərsizləşdirilib.

Missiya.Az
 xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların üzərinə dəmir yumruq vurmağa davam edir. İraqın şimalındakı Hakurk bölgəsində müəyyən olunan 6 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir nəfər belə olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - deyə bəyanatda bildirilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 15:00