AZ   |   RU
Putin Ərdoğanla görüşüb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvəsi çərçivəsində Qazaxıstanın paytaxtı Astanada görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Dünyada yaşanan bütün çətinliklərə baxmayaraq, Rusiya ilə Türkiyə arasındakı əlaqələr addım-addım irəliləyir",-deyə Putin bildirib.

"Biz Türkiyə ilə strateji layihələrimizi planlı şəkildə həyata keçiririk. Keçən il Türkiyəyə 6,7 milyon rusiyalı turist gəldi, turizmdə rekord qırdıq",-deyə o əlavə edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


 




  • 3-07-2024, 16:24