AZ   |   RU
UEFA türk futbolçu ilə bağlı araşdırma edir
 
Avro-2024-də Türkiyə millisinin futbolçusunun hərəkətinə görə qalmaqal yaranıb. Avstriya millisi üzərində qələbəni qeyd edən türkiyəli futbolçu Merih Dəmiral düz meydanda milliyyətçi təşkilat “Boz Qurdlar”ın jestini nümayiş etdirib.


Missiya.Az xəbər verir ki, Dəmiral X sosial şəbəkəsində “Boz qurdlar” jestini göstərən fotosunu yayımlayıb və yazıb:


“Türk olduğunu deyən insan nə xoşbəxtdir”.


Türkiyəli idmançının bu hərəkəti sosial şəbəkələrdə hiddət fırtınasına səbəb olub. İş o yerə çatıb ki, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser bu qalmaqala cavab verməli olub. O, Türkiyə komandasının təmsilçisinin davranışını qətiyyətlə pisləyib.


Feser qeyd edib ki, Almaniya hakimiyyəti UEFA-nın bu işi araşdıracağını və sanksiyalara baxacağını gözləyir.
Artıq dünya mediası UEFA-nın bu hadisə ilə bağlı araşdırmaya başladığını yazıb.


Qeyd edək ki, Türkiyə və Avstriya milliləri arasında oyun iyulun 2-də baş tutub. Qarşılaşma 2:1 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 3-07-2024, 14:52