AZ   |   RU
Bu gün Azərbaycanda Polis Günüdür

 

Bu gün Azərbaycan Respublikasında polis günü qeyd olunur.


Missiya.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 


Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. 


Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.


Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. 


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük uzaqgörənliklə Heydər Əliyevin uğurlu siyasətini davam etdirir. Polisə olan diqqət və qayğısı sayəsində daxili işlər orqanları davamlı inkişaf edir.


Ölkəmizdə polis cinayətkarlığa, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələri peşəkarcasına və layiqincə yerinə yetirir. 


Əziz polislər, bu gün sizin gününüzdür. Biz də öz növbəmizdə həyatımızın mühafizəsi baxımından önəmli rol oynayan, bizi daim qoruyan bu şəxsləri peşə bayramı münasibətilə təbrik edir, onlara daim bu yolda möhkəm, qüvvətli olmağı arzu edirik.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 2-07-2024, 09:41