b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_1592206787_osman-2.jpg
Rupor.Az-ın bu dəfəki müsahibi  Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdür. 

Missiya.Az
həmin müsahibəni təqdim edir: 
 

Osman  Gündüz: "Yeri icra hakimiyyətlərində, regionlarda elektron hökumət quruculuğunun mahiyyətini əks etdirən, işləmə mexanizmini konkret müəyyənləşdirən konseptual sənəd yoxdur"

Icra hakimiyyətlərinin rəsmi saytları necə yaradılıb?

- O zaman  müasir qanunvericiliyin tələblərinə əsasən yerli icra qurumları sırasında  mərkəzi icra qurumlarının saytlarının hazırlanmasına xüsusi diqqət yetirildi. Bununla yerli icra qurumları saytlarının hazırlanmasına ikinci dərəcəli iş kimi baxdılar. Sonralar icra hakimiyyətləri müasir tələblərlə nisbətən ayaqlaşan saytların yaradılması təşəbbüsü ilə çıxış etsələr də, həmin elektron resursların təhlükəsizliyini bir mərkəzdən təmin etmək çətin olduğundan məsələ açıq qaldı. 

O zaman Xüsusu Dövlət Mühafizəsi Xidməti vahid şablon üzərində sayt hazırlayaraq, həmin elektron resursu bütün icra hakimiyyətlərinə təqdim etdi. Əlbəttə, onları da başa düşmək olardı, çünki belə olan təqdirdə həmin saytlar XDMX-nın hostinqində saxlanılır və təhlükəsizliyinə təminat verilirdi.  

Hazırda bütün dövlət qurumlarının saytları başqa mərkəzi orqanların saytları kimi təhlükəsizlik baxmından Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin data bazasından idarə olunur. Agentlik əvvəl XDMX-nın qurumu idi, hazırda ayrı fəaliyyət göstərir. 

- Siz bu yanaşmanı necə qiymətləndirirsiniz? 

- Mən düşünürəm ki, bu, doğru yanaşma deyil. Yeni başlayanda vəziyyətdən çıxış yolu kimi bu cür mövqe sərgiləndi. Biz həmin dövrdə də bunun əleyhinə idik. İcra hakimiyyətlərinin saytlarında informasiya şəffaflığının səviyyəsini müəyyənləşdirmək məqsədi ilə monitorinqlər aparırdıq. Dəfələrlə açıqlamışdıq ki, yerli icra orqanlarında informasiya açıqlığı 10-15 faiz olur. 

İcra hakimiyyətləri açıqlanması qanunvericiliklə təsbit olunan informasiyaların 100 faizlik yanaşma ilə cəmi 10-15 faizini yayırlar. 

Mərkəzi icra orqanlarında bu faiz yüksək idi. İnformasiya açıqlığı 65-70-75 faiz olurdu. Bu mövzuda Binəqədi İcra Hakimiyyəti müsbət mənada fərqlənib, onun yaydığı informasiyada digərlərilə müqayisədə şəffaflıq və xəbərlərin zənginliyi seçilir. Digər saytlarda vəziyyət acınacaqlı olur.

Prezident şəffaflıq, informasiya açıqlığı, ictimai nəzarət, korrupsiyaya qarşı mübarizə məsələlərini gündəmə gətirib. Təbii ki, neqativlərin aradan qaldırılması üçün ən təsirli yardım informasiya şəffaflığıdı. belə olan təqdirdə icra hakimiyyətləri informasiya resurslarını yenidən qurmalıdırlar.

- Tələb var, mühüt var, zərurət var. Bəs niyə icra hakimiyyətləri informasiya resurslarını yeniləməyə cəhd belə görsərmirlər?

- Açığı mən bu məsələlərdə yerli icra hakimiyyətlərində səbəb görmürəm. Problem mərkəzi icra aparatının yanaşmasındadır. Yeri icra hakimiyyətlərində, regionlarda elektron hökumət quruculuğunun mahiyyətini əks etdirən, işləmə mexanizmini konkret müəyyənləşdirən konseptual sənəd yoxdur.

Bizdə elektron hökumət quruculuğu mərkəzi icra hakimiyyətində formalaşıb. İnsafən deyək ki, onlar da xeyli işlər görüblər. ASAN-ın  Elekton Hökumətin İnkişafı Mərkəzi, bu sahəyə cabavdeh olan digər qurumlar və QHT-lər ortaya konseptual sənəd qoymalıdırlar. Rayonların hamısı bir-birinə oxşar xidmət göstərirlər. Bu xidmət necə elektronlaşacaq?  Hərə öz bildiyi kimi edəcək, yoxsa mərkəzdən idarə olunacaqlar? Suallar çoxdur və hamısı da cavabsız qalıb. Prosesə mərkəzdən aydın baxış olmasa, vəziyyət müsbət nəticələr verməyəcək.

- Hansısa icra hakimiyyəti informasiya resursunu yeniləmək baxımında nümünəvi olacaq ilk addım ata bilməzmi?

- Söhbət burada saytın yaradılmasından, təqdim olunmasından, informasiyayla təmin olunmasından getmir. İnformasiya resursları elektron təhlükəsizliyə dayanmalıdır. Belə bir portal yaradılsa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi o resursu öz data bazasına daxil eməyəcək, təhlükəsizliyinin nəzərə alınmasına təminat verməyəcək. Yerli İcra hakimiyyətlərinin rəqəmsallaşmasının təmin olunması üçün mütləq ortaya vahid konsepsiya qoyulmalıdır.

- Ümumiyyətlə, yerli İcra Hakimiyyəti orqanları özləri bilirlərmi ki, hansı informasiyanı yaymalıdırlar?

-  Yerli icra hakimiyyətləri orqanlarının  hansı informasiyanı yayacağı qanunvericilikdə əksini tapıb. Bəziləri bizə - Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinə  müraciət etmişdilər, onlara konkret siyahı təqdim etdik. Bu siyahıda prosedurlarla yanaşı hansı informasiyanı yaymaq olar, hansını olmaz sualına da konkret cavab verilib. 

- Sizin tövsiyələriniz onlar tərəfindən hansı səviyyədə qəbul olunub?

- Səviyyə barəsində konkret bir söz deyə bilmərəm, ancaq Binəqədi Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti informasiyanın düzgün idarə olunması ilə bağlı addımlar atırlar, işlər görmək istəyirlər. Sadəcə anlaşılmazlıq var: icralar nəsə yenilik edəcək, mərkəz o yeniliyi qəbul etməyəcək. Ortada olan bu boşluq aradan qaldırılmalıdır. 

Biz bir neçə icra başçısı tanıyırıq ki, onlar rəhbərlik etdikləri rayonda quruculuq və abadlıq işləri ilə bağlı informasiyaların daha geniş və şəffaf yayılması üçün özəl saytlar qurublar. Təbii ki, rəsmi saytda verilməsi mümkün olmayan informasiyanı həmin özəl saytda yerləşdirirlər. Sizcə belə yanaşma doğrudur?

- Əslində onlar yaxşı mövqe sərgiləmiş sayılırlar. Rəhbərlik istəyir ki, onların gördüyü işlər daha geniş şəkildə işıqlansın. Buradaki problem ondan ibarətdir ki, həmin özəl saytların təhlükəsizliyinə dövlət təminat vermir. Sabah hansısa maraq toqquşması nəticəsində belə saytlardan birinin serveri dağıdılarsa, XDMX-a buna cavab verməyəcək, saytı yaradanlar əlavə maliyyə problemləri yaşayacaqlar. Digər tərəfdənsə həmin saytın başçının nəzrətində olduğunu təbii ki, hər kəs bilir. Hər hansı neqativ hal yaşanacaqsa, mətbuat bunu dövlətə yaxın orqanın başına gələn olay kimi təqdim edəcək. Bu isə xoşagəlməz situasiyanın formalaşmasına səbəb ola bilər.

- Təhlükəsizlik  baxımından XDMX-nın nəzarətində olan icra hakimiyyətlırinin saytları məhz bu nəzarət altında müxtəlif prizmalardan genişləndirilə bilməzmi? Forması, məzmunu, görünüşü dəyişsin, informasiyaların daha geniş, bol, şəffaf yayılması təmin olunsun... Müasir tələblərə uyğun bu kimi dəyişikliklər məgər hökumətin istəyinə ziddir?

- Hökumət tərəfindən XDMX -nın üzərinə heç bir öhdəlik qoyulmayıb ki, icra hakimiyyətlərinə fərqli saytlar düzəltməlisən. XDMX- a bu saytları həvəskar qaydada, özündə məsuliyyət hiss edərək hazırlayıb. Bu qurumu bütün icra hakimiyyətlərinə müxtəlif formada saytlar düzəltməyə heç imkanı çatmaz. XDMX - a əslində yaxşılıq edərək, vəziyyətdən çıxış yolu kimi belə saytlar yaradıb. 

- Sizin rəhbərlik etdiyiniz qurum icra hakimiyyətlərinə məxsus saytların müasir tələblərə cavab verməsini özündə əks etdirən təkliflər paketi təqdim edibmi?

- Biz zaman-zaman belə təkliflər irəli sürmüşük. Yerli icra orqanlarında elektron  informasiyaların istehsalı necə qurulmalı, məxfilik necə qorunmalı, hansı xəbərlər sayta yerləşdirilməlidir. Rayonda baş verən hər hadisə informasiyaya çevrilib sayta yerləşdirilə bilməz. Bu prosesə kim rəhbərlik etməlidir? Yerli orqanlarda belə kadrlar varmı? Binəqədi Rayon İcra Hakimiyyəti göstərdi ki, bu işləri görmək mümkündür. Ancaq bir daha təkrar edirəm, dövlət səviyyəsində vahid konseptual sənədin təsdiqlənməsinə ehtiyac var. Düzgün yol bu sənəd üzərindən keçir. Müxtəlif rayonlarda eyni səpkili xidmətlər var. İndi onlar neynəsin? Rəqəmsallaşmanı hərəsi özünün baxış bucağına, bacarığına uyğun şəkildəmi qursun, yoxsa dövlət səviyyəsində hazırlanan sənədə əsaslansın? Məhz bu sual öz cavabını tapmalıdır. Əks təqdirdə biz inkişafdan danışa bilməyəcəyik. Təklifimiz budur ki, eyni səpkili xidmətlər vahid bir data bazada formalaşsın. Məsələn vətəndaşa Balakənə aid sənəd lazımdırsa,vahid bazaya girib Balakən pəncərəsinə müraciət etsin. Böyük xərclər çəkib, hər ayrı xidmət bazası formalaşdirmaqdansa onların hamısını bir bazada yerləşdirmək daha sərfəlidir. Biz regional elektron xidmətlərlə bağlı hökuətə müraciət ünvanlamışıq. Təkliflərin ümumi mahiyyəti bundan ibarətdir - vahid baza qurulsun. Yerli icra orqanlarının saytları ilə bağlı standartlar müəyyənləşsin. Saytlar həmin standartlar üzərində müasir yanaşmalarını tətbiq edə bilsinlər.


10 İyul 2020 Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR
10 İyul 2020 Dərslərin nə vaxt real formada başlayacağı ilə bağlı ssenarilər var
10 İyul 2020 Sabahdan bu ərazilərdə nəqliyyat dayandırılır - RƏSMİ
08 İyul 2020 Baş nazirdən 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR
08 İyul 2020 Sabah Bakıda pik dərəcədə isti gözlənilir - RƏSMİ
07 İyul 2020 Koronavirusun daha bir simptomu açıqlandı
06 İyul 2020 39 dərəcə isti olacaq - PROQNOZ
02 İyul 2020 Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
02 İyul 2020 Marketlərə giriş məhdudiyyətlərlə olacaq!
02 İyul 2020 Təyyarəyə yalnız bu şəxslər buraxılacaq
02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
23 İyun 2020 SMS icazə ilə bağlı XƏBƏRDARLIQ
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
17 İyun 2020 Hava kəskin dəyişir: Sel gələcək - XƏBƏRDARLIQ
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB