AZ   |   RU
Zelenski Trampın xüsusi nümayəndəsi ilə Rusiyaya qarşı atılacaq addımları müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.


"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdük və onunla məhsuldar söhbətimiz oldu", - deyə siyasətçi vurğulayıb.


Zelenski əlavə edib ki, Kelloq ilə Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü, birgə istehsal və silahların alınması, Rusiyaya qarşı sanksiyaları müzakirə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:48