AZ   |   RU
İran və Rusiya xarici işlər nazirləri sabah görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçı sabah Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir araya gələcək.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.


Görüş zamanı iki ölkə arasında regional və beynəlxalq məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə ediləcək.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 15:36