AZ   |   RU
“Biz Ermənistanın Azərbaycanla sülh danışıqlarında iştirakını yüksək qiymətləndiririk” - Aİ Şurasının Prezidenti

“Biz Ermənistanın Cənubi Qafqazda sabitliyi təmin etmək səylərini yüksək qiymətləndiririk”.


Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı deyib.


“Xüsusən də Ermənistanın Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndiririk”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:01