AZ   |   RU
“Almaniya kansleri ölkəsini Rusiya ilə müharibəyə hazırlayır” - Ekspert

“Almaniya kansleri Fridrix Merts sələfi Olaf Şoltsun başlatdığı kursu davam etdirərək, ölkəsini Rusiya ilə müharibəyə hazırlayır”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu "Valday" klubunun eksperti Dmitri Suslov deyib.


"Merts insanları Rusiyadan qorxmamağa çağırır, yəni 1945-ci ildən sonra almanlarda formalaşan qorxunu aradan qaldırmağı müdafiə edir. O Rusiyanın açıq düşməni sayıla bilər. Merts Almaniyanın müharibəyə maddi-texniki və siyasi-psixoloji hazırlığı ilə məşğuldur", - deyə siyasətçi vurğulayıb.


Bununla yanaşı, Suslov Almaniyanın öz miqyasına görə Böyük Britaniya və Fransanı da keçə biləcək genişmiqyaslı hərbi sənayeləşmə potensialına malik olduğunu bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:52