AZ   |   RU
"Çelsi"nin klublararası dünya çempionatında qazandığı pul mükafatı açıqlanıb

İngiltərənin "Çelsi" klubu klublararası dünya çempionatında çıxışına görə 115 milyon dollardan çox qazanc əldə edib.


Missiya.Az xəbər verir ki, bütün turnir üçün çempion komanda 115,625 milyon dollar qazanıb. 


Bildirilib ki, digər finalçı Fransanın “PSJ” klubu isə 75,625 milyon dollar qazanc əldə edib.


Qeyd edək ki, ötən axşam "Çelsi" klublararası dünya çempionatının finalında “PSJ”ni 3:0 hesabı ilə darmadağın edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:21