AZ   |   RU
İrandan İsrailə xəbərdarlıq - “Daha qətiyyətli cavab gözləyin”

İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Əbdürrəhim Musəvi İsraili sərt ifadələrlə hədələyib. 


Missiya.Az xəbər verir ki, SEPAH-ın Hərbi Hava və Aerokosmik Qüvvələrinin qərargahına baş çəkən Musəvi bildirib ki, İran ordusu istənilən təxribatın cavabını verməyə hazırdır: 


“Əgər düşmən bir daha səhvə yol versə, döyüşçülərimiz onlara əvvəlkindən daha sarsıdıcı və qətiyyətli cavab verəcəklər”, - deyə Musəvi vurğulayıb.


Xatırladaq ki, Musəvi, İsrailin İran ərazisinə yönəlmiş 12 günlük hava əməliyyatı zamanı sələfi general Məhəmməd Baqirinin həlak olmasından sonra, 13 iyun tarixindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:39