b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dddfdfdfdfffffgfg.JPG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmaları davam etdirir.

Nazirlikdən Missiya.Az-a verilən məlumata görə, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.

Müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib.

Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib. 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb.

Müvafiq olaraq müqavilələrə 37 halda bir gün, 20 halda iki gün, 35 halda üç gün, 28 halda dörd gün, 19 halda isə beş gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.

Həmçinin, müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib.

Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir.

Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

09 Dekabr 2019 Azərbaycana faktiki hava - 9 sm qar yağıb
06 Dekabr 2019 Bu şəxslər Azərbaycandakı universitetlərdə ödənişsiz təhsil alacaqlar
03 Dekabr 2019 Bakıda bu marşrutda gediş haqqı artdı
02 Dekabr 2019 Sürücülərin nəzərinə - Sizi aldada bilərlər, diqqətli olun! - VİDEO
29 Noyabr 2019 Sabahdan avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
28 Noyabr 2019 Şaxta olacaq, yağış yağacaq
27 Noyabr 2019 İcbari tibbi sığorta ilə bağlı VACİB XƏBƏR - VİDEO
26 Noyabr 2019 Bu avtomobillərin ölkəyə gətirilməsinə MƏHDUDİYYƏT qoyula bilər
25 Noyabr 2019 I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan təklif
23 Noyabr 2019 Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq
22 Noyabr 2019 “XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTO
20 Noyabr 2019 Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək
18 Noyabr 2019 Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - FOTO
18 Noyabr 2019 Lənkəranda insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO
15 Noyabr 2019 Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə!
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"