AZ   |   RU
Çin İrana raket kompleksləri tədarük edib

Çin 12 günlük İran-İsrail müharibəsinin başa çatmasından sonra Tehrana HQ-9B zenit-raket kompleksləri göndərib.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, İran həmin silahların ödənişini Çinə verdiyi neftlə həyata keçirib. HQ-9B Çinin uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Kompleks təyyarələrə, raketlərə və helikopterlərə qarşı nəzərdə tutulub. Bundan əlavə, o, ballistik raketləri vurmağa qadir olan ilk Çin istehsalı zenit-raket sistemidir. HQ-9B, Rusiya istehsalı olan S-300 bazasında hazırlanıb.


Qeyd edək ki, İranın müdafiə naziri Əmir Nəsirzadə iyunun 26-da, müharibənin bitməsindən iki gün sonra Çinə rəsmi səfər edib.





Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:29