AZ   |   RU
Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini təhdid etdi


Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır.


Missiya.Az xəbər verir ki, bu barədə “The İnsider” məlumat yayıb.


Bildirilib ki, Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir.


Moskva tərəfindən müzakirəyə çıxarılan əsas tədbirlər bunlardır:

 – vizaların tətbiqi;
 – pul köçürmələrinə məhdudiyyətlər (bu, əsasən, Rusiyada işləyən miqrantlara ciddi təsir göstərəcək);

 – əmək kvotaları;
 – rus şirkətlərinin iştirakı ilə həyata keçirilən logistika və infrastruktur layihələrinin dayandırılması.


Məlumata görə, sanksiyaların əsas hədəfində Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələri dayanır.


Qeyd olunub ki, bundan əlavə, Rusiya sərhədyanı bölgələrdə hərbi təlimlər və “ruslara təhlükə yaranacağı təqdirdə humanitar müdaxilə” də daxil olmaqla, güc tətbiqi ssenarilərini də istisna etmir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:15