AZ   |   RU
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəldi


Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlib.


Missiya.Az xəbər verir ki, bu barədə TASS-a naziriyin mətbuat xidmətindən bildirilib.


"Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının və Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib. Gündəlikdəki əsas məsələ platformasında 60-dan çox ölkənin fövqəladə hallar xidmətini birləşdirən və dünya üzrə humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir",- deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, rusiyalı nazirin Bakıda digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 17:28