AZ   |   RU
İran Prezidenti İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib


İran Prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdindən danışıb. 


Missiya.Az xəbər verir ki, siyasətçi bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.


"Bəli, cəhd etdilər, amma uğursuz oldu. Mən görüşdə idim, biz növbəti addımları müzakirə edirdik və onlar öz casuslarının kəşfiyyatının köməyi ilə bizim görüşün keçirildiyi əraziyə zərbə endirməyə çalışdılar”, - deyə Pezeşkian bildirib.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:57