AZ   |   RU
Tramp Ukraynaya silah göndərəcəyini açıqlayıb

“ABŞ hərbi yardım çərçivəsində Ukraynaya müdafiə üçün silah verəcək”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.


"Biz daha çox silah göndərməli olacağıq, bunu etməyə borcluyuq. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlara çox güclü zərbələr endirilir", - deyə siyasətçi vurğulayıb.


Tramp Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmamasından çox məyus olduğunu vurğulayıb.


Ağ Ev rəhbəri qeyd edib ki, Kreml lideri müharibəni dayandırmaq fikrində deyil.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:45