AZ   |   RU
Azərbaycanda “yaşıl enerji” resurslarından istifadənin təşviqi müzakirə edilib

 

Azərbaycanın “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, həmkarları ilə “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: Prioritetlər və çağırışlar” adlı tədbir çərçivəsində "Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar" mövzusunda keçirilən paneldə iştirak edib.

“Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov vurğulayıb.

Qeyd edək ki, bu paneldə iqtisadiyyat naziri ilə yanaşı, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev də iştirak ediblər.




  • Bu gün, 17:20