b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Z2VJof2nCgJeGIpSOC.jpg
Müasir dövrdə piylənmə və artıq çəki tibbin ən aktual problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının apardığı  tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də, bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.  Mərkəzi Gömrük Hospitalın prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Bu gün bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır. 
 
Bugünkü qonağımızla məhz bu şans haqqında danışmaq istərdik. Qonağımız isə Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Mojtaba Haşemzadehdir. Dr. Haşemzadeh ABŞ-ın Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq uğurlu bariatrik əməliyyatlar icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İrandan və başqa ölkələrdən müraciət edirlər.
 
- Dr.Mojtaba Haşemzadeh, artıq çəki və piylənmə xəstəliyi  olan  insanlar həyatda hansı problemlərlə üzləşirlər?
 
-   Artıq çəki və piylənmə  sağlamlıq üçün ciddi problemdir və insanların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur. Piylənmə qaraciyər çatışmamazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər. Orqanizmin müxtəlif nahiyələrində yığılan piylər insana öz mənfi təsirini göstərir. Eyni zamanda, artıq çəkisi olan  insanlar yeriməyə çətinlik çəkir, müxtəlif psixoloji problemlərlə üzləşir və depressiyaya düşə bilərlər. Ona görə bu  xəstəlik  mütləq müalicə olunmalıdır.  
 
- Doktor, tibbi baxımdan hansı insanlar kök və piyli hesab olunur? İnsan haradan bilsin ki, piylənmə xəstəliyinə düçar olub?
 
- Piylənmə  və onun dərəcəsi  bədən kütləsi  indeksi ilə hesablanır. Bədən kütləsi indeksi  insanın bədən çəkisinin onun boyuna müvafiq olmasını qiymətləndirən göstəricidir. Bunu hesablamaq üçün çəkini boyun hündürlüyünün kvadratına bölürlər.  Əgər boy 1,60 metr, çəki 75 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 75 rəqəmi 1,6-nın kvadratına bölünür, alınan rəqəm bədən kütləsi indeksini müəyyən edir. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. Alınan rəqəm 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır.
 
- Piylənməni hansı yollarla müalicə etmək olar?
 
- Piylənmənin növlərinin müxtəlifliyindən asılı olaraq mübarizə aparmağın yolları da fərqli olur. Artıq çəkinin və piylənmənin müalicəsinin əsas istiqamətləri pəhriz və idmanla məşğul olmaqdır, sağlam həyat tərzi keçirməkdir. Piylənmə dərəcəsi çox yüksək olan pasiyentlərin effektiv müalicəsi isə cərrahi müdaxilədir - bariatrik deyilən əməliyyatlardır.  
 
- Doktor, Siz Mərkəzi Gömrük Hospitalında hansı bariatrik cərrahi əməliyyatları həyata keçirirsiniz?
 
- Biz  Mərkəzi Gömrük Hospitalında hər xəstənin artıq çəkisinə uyğun olaraq  müvafiq müalicə metodu tövsiyə edirik. O cümlədən, xəstəxanamızda bariatrik cərrahiyyənin növləri sayılan  mədə kiçiltmə əməliyyatı, esliv sasi əməliyyatı, sleeve By Pass, mini By Pass, mədə balonu, mədə kəməri və digər əməliyyatları  həyata keçirmək imkanımız vardır. Amma ən çox yayılan cərrahi metodlardan biri endoskopik vasitə ilə mədədə balon yerləşdirilməsidir ki, bu zaman bədəndə  heç bir nahiyə kəsilmir. 
 
- Xəstələrin çoxu bu cərrahiyyə əməliyyatlarından qorxurlar. Siz belə xəstələrə nələri tövsiyə edərdiniz?
 
- Piylənmə gələcəkdə 100% digər orqanlarda fəsadlar törədəcək. Əgər xəstə müalicə olunmazsa, bunun fəsadlarından dünyasını dəyişə  bilər. Amma cərrahi üsullarda 1% fəsad ehtimalı var, bu da müxtəlif metodlarla 0-a enə bilər. Piylənmə dərəcəsi yüksək olan pasiyentlərə  bariatrik həkimə müraciət etmələrini və bu problemin aradan qaldırılması üçün uyğun olan  bariatrik cərrahiyyə növünün seçilməsini tövsiyə edirəm. Bariatrik əməliyyat həyata keçirən  pasiyentlər  bu problemlərdən azad ola bilirlər. 
 
- Doktor, bariatrik cərrahiyyə ilə xəstə nə qədər çəki itirir? Və mədənin yenidən böyüməsi və bu çəkinin yenidən alınması ehtimalı varmı?
 
- Əməliyyatdan sonra xəstələr normal çəkiyə düşürlər,  qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, əməliyyatda sonra xəstələrin ömürləri 10-12 ilədək uzanmış olur. Biz əməliyyat zamanı mədənin kəsilən hissəsində tikiş aparırıq deyə, mədənin böyüməsi ehtimalı demək olar ki, yoxdur. 
 
- Maraqlı müsahibəyə görə sağ olun. Siz insanlara həm sağlamlıq, həm də gözəl bədən quruluşu bəxş etmiş olursunuz. Sizə bu işinizdə uğurlar diləyirik.
12 İyul 2019 "Bakı Kart"da YENİLİK – Bundan sonra ...
10 İyul 2019 Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası
09 İyul 2019 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edildi
08 İyul 2019 Sürücülərin diqqətinə! Bu cərimələr kameralara yazılacaq
04 İyul 2019 94 min nəfərin pensiyası 30 faizdən çox artacaq
27 İyun 2019 Yol hərəkəti haqqında qanun dəyişdi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
25 İyun 2019 ARB 24-də 1 gün - Televiziyada iş prosesi - VİDEO\ FOTO
24 İyun 2019 “Ailə Dünyası” bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işlərinə start verib
24 İyun 2019 Bu gün 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
21 İyun 2019 Dini Komitə rəsmisi: Sosial şəbəkələrə üstünlük verəcəyik
20 İyun 2019 "Yanvarın 1-dən bütün pensiyaçıların pensiyası əlavə 15% artacaq" - Sahil Babayev
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
11 İyun 2019 Bakı-Quba yolu bərbad vəziyyətə düşüb
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır