b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_zxc111.jpg

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.

Missiya.Az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə A.Ceyhunu təbrik edən C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsziliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

A.Ceyhun Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_zxc112.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_zxc113.jpg



21 Yanvar 2021 Putinlə Bayden görüşəcəkmi?
20 Yanvar 2021 Bayden ABŞ prezidenti kimi ilk bu fərmanları imzalayacaq
20 Yanvar 2021 Bu gün ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək
20 Yanvar 2021 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
20 Yanvar 2021 Donald Tramp yeni siyasi partiya yaradır
19 Yanvar 2021 Azərbaycan erməni rəsmilərin Qarabağa səfərinin qarşısını necə ala bilər? - AÇIQLAMA
19 Yanvar 2021 İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib
18 Yanvar 2021 Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb
18 Yanvar 2021 “Bayden Kiyev vasitəsi ilə Rusiyaya təzyiq edəcək, Ukraynada baza quracaq” - Puşkov
18 Yanvar 2021 Rusiyanın XİN başçısı: "Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir"
18 Yanvar 2021 Lavrov: "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur"
16 Yanvar 2021 Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16 Yanvar 2021 Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək
16 Yanvar 2021 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
15 Yanvar 2021 Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir
14 Yanvar 2021 Ceyhun Bayramov Pakistan Prezidentilə görüşüb
14 Yanvar 2021 Pakistan prezidenti Qarabağın azad olunması münasibətilə Azərbaycanı təbrik edib
14 Yanvar 2021 Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı
13 Yanvar 2021 Pakistanın XİN başçısı Azərbaycanı torpaqlarının azad olunması münasibətilə təbrik edib
13 Yanvar 2021 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb - FOTO