b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_159282440711640014385ef09257b2155.jpg

“Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.

Missiya.Az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O, Aprel döyüşlərinin davam etdiyi günlərdə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə apardığı telefon danışığının detallarını açıqlayıb: 

“Sergey Şoyuqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək ona yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.

Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: “Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə Yerevanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlaının nəticəsidir”.

Müdafiə naziri vurğulayıb ki, 2016-cı ildəki hərbi əməliyyatlar həm də islahatdan keçmiş Azərbaycan Ordusu üçün sınağı idi: “Bundan başqa, biz orduda islahatlara başlamışdıq və bizim təsdiqə ehtiyacımız var idi: biz doğrumu inkişaf edirik, peşəkar ordunu doğru yollamı qururuq. Bir çoxları 2015-ci ildəki hadisəni unudur. Onda da lokal hərbi əməliyyatlar baş verdi. Orada da Ermənistan ordusu məğlubiyyətlərə uğrayırdı, böyük itkiləri var idi. O zaman hələ helikopter də itirmişdilər. Bunu da unutmamaq lazımdır. 

Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar göz qabağındadır. Bunu hər kəs görür, hər kəs bilir. Ən əsası da odur ki, döyüşlər nəticəsində ordunun döyüş ruhu, ölkədəki vətənpərvərlik yüksəlib. Yadınızdadırsa, 2016-cı ildə nə qədər gənc cəbhəyə getmək, erməni işğalçıları ilə savaşmaq istəyirdi. Mən cəbhədən qayıdarkən orduya könüllü şəkildə yazılmaq istəyən, vətən uğrunda savaşmaq istəyən minlərlə gəncləri görürdüm. Bu çox vacibdir”. 



13 Avqust 2020 Prezident Hulusi Akarı qəbul etdi
12 Avqust 2020 İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olub - VİDEO
11 Avqust 2020 Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü - FOTO
11 Avqust 2020 Azərbaycanın yeni XİN rəhbəri ilk səfəri bu ölkəyə etdi
10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi