b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sergei1-825x510.jpg

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, Sergey Lavrov kimi təcrübəli bir diplomatın bu cür ifadələr səsləndirməsi ciddi təəssüf və təəccüb doğurur.

Keçən ay Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur.

Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər yeddi rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalıb.

Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.

Xatırlatmaq istərdik ki, 2019-cu il də Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri iki dəfə regiona səfər edib və hər iki səfərin yekun birgə bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə görüşdüklərini ayrıca qeyd ediblər.

Sergey Lavrovun brifinqdə səsləndirdiyi fikirlər həm də ona görə təəssüf hissi doğurur ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayondan bir milyondan çox köçkün düşmüş azərbaycanlının öz torpaqlarına geri qayıtmaq hüququnu brifinqdə vurğulamır.

Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktının tələbidir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov özü də beynəlxalq tədbirlərdə çıxışı zamanı BMT Nizamnaməsinə riayət edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edir və buna görə digər dövlətləri tənqid edir.

Biz Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bəyan edirik ki, icmamızın 80 mindən çox azərbaycanlı üzvü öz yurduna geri qayıdacaqları günü gözləyir.

Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyirik. Yalnız bundan sonra Dağlıq Qarabağda sülh bərqərar ola və keçmişdə olduğu kimi, azərbaycanlılarla ermənilər sülh şəraitində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşaya bilərlər”.

06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib
04 Dekabr 2019 Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ
03 Dekabr 2019 Prezident İlham Əliyev daha bir məmuru işdən çıxardı
03 Dekabr 2019 İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO
02 Dekabr 2019 Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı
02 Dekabr 2019 Mirşahin Cümşüdün müdafiəsinə qalxdı: "Guya Qarabağda döyüşən qadınları təhqir edib"- VİDEO
02 Dekabr 2019 Rusiyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
29 Noyabr 2019 Anar Ələkbərov Prezidentin köməkçisi oldu
29 Noyabr 2019 Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcək
28 Noyabr 2019 YAP Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət göndərib
27 Noyabr 2019 Əli Kərimlinin milyonları necə mənimsədiyi ifşa olundu - VİDEO
27 Noyabr 2019 Prezident sürüşmə zonası ilə bağlı tapşırıq verib
27 Noyabr 2019 Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”
26 Noyabr 2019 Prezident Valeri Gerasimovu edib
26 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqına təşəkkür etdi - FOTO
26 Noyabr 2019 Zelenski Putinlə telefon əlaqəsi yaratdı